Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Erməni Apostol Kilsəsinin islahatlaşdırılması proqramına artıq 16 din xadimi qoşulub.
"Report" xəbər verir ki, o bu barədə öz "Facebook" səhifəsində yazıb.
"Müqəddəs Erməni Apostol Kilsəsinin yenilənməsinə qoşulmuş din xadimlərinin sayı artıq 16-ya çatıb", - deyə o qeyd edib.
N.Paşinyan islahatlarda iştirak edən və ya buna hazırlaşan bütün din xadimlərinə dəstəyini ifadə edib və onların fəal mövqeyi sayəsində kilsənin bərpa ediləcəyini vurğulayıb.