IMG-LOGO

Rusiya gecə Ukraynaya "İsgəndər" raketi və 120 dronla hücum edib

10 Jan 2026 11:33 4 baxış
IMG

Rusiya yanvarın 10-na keçən gecə Ukraynaya "İskəndər-M" ballistik raketi və 120-dən çox döyüş dronu ilə zərbə endirib.

"Report"un xəbərinə görə, bu barədə Ukraynanın Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri 94 uçuş aparatını vurub.

İlkin məlumatlara görə, ballistik raketin və 27 hücum dronunun 15 əraziyə düşdüyü müəyyən edilib, bundan əlavə vurulan aparatların qalıqları bir əraziyə düşüb.

Xəbər lenti