2025-ci ildə Azərbaycan Türkiyədən 536,632 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 1,8 % çoxdur.
Təkcə dekabrda isə Türkiyə Azərbaycana 48,612 milyon ABŞ dollarlıq kimyəvi maddələr və məhsullar ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 6,1 % çoxdur.
Ötən il Türkiyənin kimyəvi maddələr və məhsullar ixracının ümumi dəyəri illik müqayisədə 3,9 % artaraq 31 milyard 932 milyon ABŞ dolları, dekabrda isə 0,5 % azalaraq 2 milyard 644 milyon ABŞ dolları olub.
Türkiyədən ən çox idxalı Rumıniya 1,777 milyard ABŞ dolları (1 il əvvələ nisbətən 16,8 % az), İtaliya 1,661 milyard ABŞ dolları (12,1 % çox) və Almaniya 1,317 milyard ABŞ dolları (6,6 % çox) həyata keçirib.