IMG-LOGO

"Atletiko"nun yarımmüdafiəçisi yenidən İngiltərə çempionatında çıxış edə bilər

10 Jan 2026 11:57 4 baxış
IMG

Madrid "Atletiko"sunun yarımmüdafiəçisi Konor Qallaher yenidən İngiltərə çempionatında çıxış edə bilər.

"Report"un İngiltərə mətbuatına istinadən məlumatına görə, "Aston Villa" 25 yaşlı futbolçunu satın alma hüququ ilə icarəyə götürmək niyyətindədir.

Bildirilir ki, İngiltərə millisinin üzvünün transferində Birmingem təmsilçisinin baş məşqçisi Unay Emeri şəxsən maraqlıdır. Futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Çelsi"nin yetirməsi olan K.Qallaher 2024-cü ildən La Liqa təmsilçisinin formasını geyinir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla meydana çıxdığı 27 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbər lenti