IMG-LOGO

Lənkəranda ailənin 10-cu uşağı doğuldu

10 Jan 2026 10:45 3 baxış
IMG
2 0

Lənkəranda ailənin 10-cu uşağı dünyaya gəlib.

Lent.az APA-ya istinadla bildirir ki, Sinovli kənd sakini 45 yaşlı Samirə Mehrəliyeva 10-cu uşağını dünyaya gətirib.

Lənkəran Regional Perinatal Mərkəzdə doğulan uşağın cinsiyyəti oğlandır.

Qeyd edək ki, 26 ildir ailə quran ailənin 10 uşağından 7-si qız, 3-ü oğlandır. Qızlardan 5-i artıq ailə qurub. Samirə Mehrəliyevanın 8 nəvəsi var.

Lənkəran rayonu

Xəbər lenti