IMG-LOGO

Tərtərdə ana və oğlu qazdan zəhərləndi: ölən var

10 Jan 2026 09:49 3 baxış
IMG
3 0

Tərtərdə ana və oğlu qazdan zəhərlənib.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Famil Qulami küçəsindəki evlərin birində qeydə alınıb.

53 yaşlı Əzimov Müşviq Əsəd oğlu və anası 71 yaşlı Əzimova Sahibə Salman qızı yaşadıqları evdə sobadan sızan dəm qazından zəhərləniblər. Nəticədə Müşviq Əzimov ölüb, anası isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Hadisələr dəm qazı

Xəbər lenti