IMG-LOGO

Azərbaycan səfiri etimadnaməsinin surətini Meksikanın XİN rəsmisinə təqdim edib

10 Jan 2026 04:16 5 baxış
IMG

Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinin Protokol üzrə baş direktoru Conatan Çeytə təqdim edib.

"Report" xəbər verir ki, bu barədə məlumat səfirliyin "X" sosial şəbəkəsində yerləşdirilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub, eləcə də mövcud əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, Seymur Fətəliyev ötən ilin oktyabrın 27-də Azərbaycanın Meksikadakı səfiri vəzifəsinə təyin edilib.

Xəbər lenti