Neftçala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Xolqarabucaq kəndi ərazisində qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq kanala aşması nəticəsində sürücü Yaşar Kərimov ölüb.
Faktla bağlı araşdırma aparılır.