IMG-LOGO

İran və Ermənistan rəsmiləri "Tramp marşrutu"nu müzakirə ediblər

09 Jan 2026 21:56 8 baxış
IMG

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxt-Ravançi siyasi məsləhətləşmələr aparıblar.

"Report" "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, görüş zamanı tərəflər Ermənistan və İran arasında ikitərəfli münasibətlərlə bağlı məsələləri, eləcə də regional və beynəlxalq tədbirlərlə bağlı problemləri müzakirə ediblər.

Tərəflər enerji, infrastruktur, səhiyyə, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də "Tramp marşrutu"nun (TRIPP) açılması ilə gözlənilən yeni imkanların müzakirəsi də daxil olmaqla, konkret proqramların həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.

Xəbər lenti