"Suriya Demokratik Qüvvələri" 10 mart sazişinə əməl edərək üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O, Suriyada baş verən hadisələri yaxından izlədiklərini vurğulayıb.
Qeyd edək ki, H.Fidan bu fikirləri "Türkiyə-İndoneziya xarici işlər və müdafiə nazirlərinin birgə iclası"nda bildirib.