IMG-LOGO

"Qalatasaray" - "Fənərbağça" oyunu ATV və "SportTV" kanallarında canlı yayımlanacaq

09 Jan 2026 18:45 6 baxış
IMG

"Qalatasaray" və "Fənərbağça" arasında keçiriləcək Türkiyə Superkubokunun finalı Azad Azərbaycan (ATV) və SportTV kanallarında canlı yayımlanacaq.

"Report" xəbər verir ki, şənbə günü keçiriləcək görüşdə komandalar təkcə qələbə deyil, turnir tarixində önəmli yer tutacaq nəticə uğrunda mübarizə aparacaqlar.

İllərdir davam edən böyük rəqabət yenidən futbolsevərlərin diqqət mərkəzində olacaq. Derbi matçı futbol azarkeşləri üçün böyük maraq doğurur.

"TVNET" platformasında azarkeşlərə təqdim olunacaq qarşılaşma yanvarın 10-da, Bakı vaxtı ilə saat 19:45 başlayacaq.

ott.tvnet.az

+994 55 500 53 35

Xəbər lenti