IMG-LOGO

Tehran meri: Aksiyalar zamanı şəhər infrastrukturunda dağıntılar qeydə alınıb

09 Jan 2026 17:51 3 baxış
IMG

Tehran şəhərində kütləvi etiraz aksiyaları şəhər infrastrukturunda dağıntılara səbəb olub.

"Report" xəbər verir ki, bu barədə Tehran meri Əlireza Zakani İran dövlət teleradio şirkətinin efirində bildirib.

Onun sözlərinə görə, xəstəxanalar, müalicə mərkəzləri, banklar və dövlət müəssisələri zərər görüb.

Bildirilib ki, paytaxtın fövqəladə xidmətləri dağıntıları aradan qaldırır.

Qeyd edək ki, İranda hökumət əleyhinə etiraz aksiyaları ötən ilin sonlarında başlayıb. Etirazçılar hakimiyyətin iqtisadi siyasətinə qarşı çıxırlar.

Daha əvvəl etiraz aksiyaları zamanı ən azı 46 nəfərin həlak olduğu bildirilmişdi.

Xəbər lenti