Ermənistanda məhkəmə "İmnemnimi" podkastının müəllifləri olan müxalifətçi bloqerlər Vazgen Saqatelyan və Narek Samsonyanın həbs müddətini üç ay uzadıb.
"Report" xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Hakim prokurorluğun vəsatətini təmin edib. Prokuror digər səbəblərlə yanaşı, V.Saqatelyanın Rusiya vətəndaşı olduğunu və müvafiq olaraq "Ermənistanı tərk etməyə cəhd edə biləcəyini" bildirmişdi.
Digər bloqer N.Samsonyan məhkəmənin qərarını eşidəndən sonra etiraz əlaməti olaraq müddətsiz aclıq aksiyası elan edib.
Xatırladaq ki, noyabrın 13-də "İmnemnimi" podkastının aparıcıları "xuliqanlıq" ittihamı ilə saxlanılıblar. Onlar parlamentin sədri Alen Simonyana qarşı təhqirlərə görə həbs ediliblər. Samsonyanın təsisçisi olduğu "Antifake" nəşrinin redaksiyasında axtarışlar aparılmış, bütün texnika müsadirə edilmişdi.