IMG-LOGO

"Qarabağ" azarkeşləri üçün "Enfild"də ayrılan yerlərin sayı bəlli olub

09 Jan 2026 11:27 7 baxış
IMG

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - VIII turunda baş tutacaq "Liverpul"la matçda "Qarabağ"ın azarkeşləri üçün "Enfild"də ayrılan yerlərin sayı bəlli olub.

Bu barədə "Report"a Ağdam klubunun mətbuat xidmətindən bildirilib.

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Liverpul" (İngiltərə) - "Qarabağ" matçını "Enfild"də izləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün, saat 12:00-dan etibarən satışa çıxarılacaq.

"iTicket.az" saytında onlayn şəkildə satılacaq biletlərin qiyməti 115 manatdır. "Qarabağ" azarkeşləri üçün meydan sahiblərinin stadionunda 1250 yer ayrılıb.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-də, Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Xəbər lenti