IMG-LOGO

"Qarabağ"ın media üçün açıq məşqi baş tutub

09 Jan 2026 11:57 4 baxış
IMG

Mövsümün ikinci yarısına hazırlaşan "Qarabağ" növbəti məşqinə çıxıb.

"Report"un məlumatına görə, hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Qurban Qurbanovun yetirmələri "Azərsun Arena"da müxtəlif təmrinləri yerinə yetiriblər.

Qeyd edək ki, "Qarabağ" 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna qarşı keçirəcək.

Xəbər lenti