IMG-LOGO

Samir Abasov: "Nə xarici, nə də yerli klublardan təklif almışam"

09 Jan 2026 10:52 7 baxış
IMG

Samir Abasov "Neftçi"nin baş məşqçi postundan ayrıldıqdan sonra nə ölkə xaricindən, nə də yerli klublardan təklif alıb.

Bunu "Report"a açıqlamasında 47 yaşlı mütəxəssis bildirib.

O, hazırda gözləmə mövqeyində olduğunu söyləyib:

"Hazırda işsizəm, heç bir klubdan təklif almamışam. Mətbuatda tirajlanır ki, bəzi xarici klublardan təkliflər gəlir, amma belə bir şey yoxdur. İnşallah, xeyirlisi olar".

Qeyd edək ki, Samir Abasov son olaraq "Neftçi"ni çalışdırıb. O, ötən ilin noyabrında istefaya göndərilib.

Xəbər lenti