Bu il təqdim olunacaq iPhone 16 smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Jeff Pu adlı məşhur çinli insayderin sözlərinə əsasən bu il təqdim olunacaq iPhone 16 və iPhone 16 Plus smartfonları daha böyük həcmli RAM yaddaşını əldə edəcəklər. İnsayder bildirib ki, iPhone 16 və iPhone 16 Plus smartfonları 6 GB əvəzinə 8 GB RAM ilə təchiz olunacaqlar. Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan iPhone 15 seriyasında 8 GB RAM-a yalnız iPhone 15 Pro və iPhone 15 Pro Max modelləri sahibdirlər. Bununla yanaşı insayder bildirib ki, iPhone 16 və iPhone 16 Plus modelləri üstəlik Wi-Fi 6E dəstəyinə də sahib olacaqlar. iPhone 16 smartfon seriyasının bu ilin sentyabr ayında təqdim olunacağı gözlənilir.