IMG-LOGO

"Neftçi" bu gün "Kayrat"la, "Sumqayıt" Macarıstan klubu ilə yoxlama oyunu keçirəcək

09 Jan 2026 09:00 4 baxış
IMG

"Neftçi" və "Sumqayıt" komandaları qış təlim-məşq toplanışında bu gün ilk yoxlama oyunlarını keçirəcəklər.

"Report"un məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə hazırlıq prosesi keçən Bakı klubu Qazaxıstanın "Kayrat" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürəcək.

Türkiyənin Antalya şəhərində toplanışda olan "Sumqayıt" isə Macarıstanın "Pakş" komandası ilə görüşəcək. Bu matç Bakı vaxtı ilə saat 16:00-a təyin edilib.

Xəbər lenti