İngiltərə Premyer Liqasında XXI tura yekun vurulub.
Lent.az xəbər verir ki, turun son günündə bir qarşılaşma keçirilib.
Lider “Arsenal” öz meydanında son çempion “Liverpul”u qəbul edib. Gərgin keçən oyunda qalib müəyyənləşməyib. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, “Arsenal” hazırda 49 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Aktivində 35 xalı olan “Liverpul” isə 4-cü sırada yer alır.
arsenal