İspaniya təmsilçisi "Real"ın (Madrid) qapıçısı Andrey Lunin karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı qolkiperin xidmətində "Tottenhem", "Brayton" və "Nottinqem" klubları maraqlıdır.
Qeyd edək ki, 26 yaşlı Andrey Lunin 2018-ci ildən "Real"ın şərəfini qoruyur. Onun "kral klubu" ilə olan müqaviləsinin müddəti 2030-cu ildə başa çatacaq.
"Transfermarkt" portalı Luninin bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir .