IMG-LOGO

"Ayaks"ın yarımmüdafiəçisi İtaliya klubuna transfer olunacaq

08 Jan 2026 16:34 31 baxış
IMG

Niderlandın "Ayaks" klubunun yarımmüdafiəçisi Kennet Teylor "Latsio"ya (İtaliya) transfer olunacaq.

"Report"un insayder Fabritsio Romanoya istinadən məlumatına görə, sövdələşmənin məbləği 15 milyon avro təşkil edəcək.

Bundan əlavə, bonus olaraq 2 milyon avro da ödəniləcək. İtaliya klubu 23 yaşlı oyunçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayacaq. O, cümə günü Romada tibbi müayinədən keçəcək.

Qeyd edək ki, K.Teylor 2025/2026 mövsümündə "Ayaks"ın heyətində 19 oyun keçirib, 2 qola və 4 məhsuldar ötürməyə imza atıb. Amsterdam təmsilçisində ümumilikdə 184 matçda iştirak edən futbolçu 36 qol və 27 məhsuldar ötürmə müəllifi olub.

Xəbər lenti