IMG-LOGO

Erlinq Holann Premyer Liqanın tarixinə düşüb

08 Jan 2026 14:01 58 baxış
IMG

İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann Premyer Liqanın tarixinə düşüb.

"Report"un "Opta"ya istinadən məlumatına görə, norveçli futbolçu bunu XXI turda "Brayton"a qarşı keçirilən oyunda (1:1) reallaşdırıb.

25 yaşlı futbolçu İngiltərə Premyer Liqasında 35 mininci qolun müəllifi olub. O, 41-ci dəqiqədə penaltidən fərqlənməklə bunu reallaşdırıb.

Turnirdə 30 mininci qolu isə 2021-ci ilin avqustunda "Bernli"nin üzvü Kris Vud vurmuşdu.

Qeyd edək ki, E.Holann cari mövsümdə Premyer Liqada meydana çıxdığı 21 oyunda 20 qola imza atıb. O, hazırda bombardirlər siyahısına başçılıq edir.

Mənbə: report.az

Xəbər lenti