IMG-LOGO

Əlincə çayından Bənəniyar gölünə 6,5 km-lik yeni beton kanal salınır

08 Jan 2026 10:43 6 baxış
IMG

Naxçıvan Muxtar Respublikasında (MR) Əlincə çayından Bənəniyar gölünə 6,5 km-lik yeni beton kanal salınır.

"Report"un yerli bürosu xəbər verir ki, muxtar respublikanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramına uyğun olaraq Əlincə çayından qidalanan və Bənəniyar gölünə tökülən su kanalında yenidənqurma işləri davam etdirilir.

Bildirilib ki, uzun illərdir istifadə olunan və dövrün tələblərinə cavab verməyən kanalın yerində müasir standartlara uyğun, uzunluğu 6550 metr, su tutumu 5 kub metr olan yeni beton kanal salınır.

Layihəyə əsasən, yeni kanal gölə suyun fasiləsiz və tənzimlənərək çatdırılmasını təmin edəcək su balansının qorunmasını, eyni zamanda, yerli əhalinin su təminatını yaxşılaşdıracaq.

Xəbər lenti