“Apple”ın baş direktoru Tim Kukun gəliri 2023-cü ildə kəskin azalıb.
Lent.az xəbər verir ki, o, 2022-ci ildəki 99,4 milyon dollara qarşı 2023-cü ildə 63,2 milyon dollar qazanıb. Bildirilir ki, Kukun ümumi qazancını 3 milyon dollar əsas əmək haqqı, 47 milyon dollar səhm, 10,7 milyon dollar performansa görə mükafatlar və 2,5 milyon dollar milyon dollar digər kompensasiya şəklində təşkil edir.
Hesabatda qeyd olunur ki, 2023-cü ildə “Apple”ın direktorlar şurası, səhmdarları və Kukun özü şirkət rəhbərinin maaşını azaltmaq qərarına gəlib. Onun 49 milyon dollar alacağı planlaşdırılıb. Ancaq sonda şirkətin uğurlu işi sayəsində bu məbləğ artırılıb.