IMG-LOGO

Azərbaycan Basketbol Liqasında 2026-cı ilin ilk görüşləri keçiriləcək

08 Jan 2026 09:21 4 baxış
IMG

Azərbaycan Basketbol Liqasında bu gün XII tura start veriləcək.

"Report"un məlumatına görə, turun ilk oyun günündə B qrupunda iki görüş keçiriləcək.

Saat 15:00-da "Quba" "Ordu" ilə üz-üzə gələcək. Qarşılaşma Quba Olimpiya İdman Kompleksində baş tutacaq. "Ordu" 22 xalla qrup lideridir. 15 xala malik "Quba" dördüncüdür.

Saat 20:00-da isə "Sərhədçi" "Lənkəran"ı sınağa çəkəcək. Bu matç "Sərhədçi" İdman Mərkəzində keçiriləcək. "Sərhədçi" hazırda 15 xalla üçüncüdür. 14 xala malik "Lənkəran" isə sonuncu - 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, XII tura yanvarın 11-də yekun vurulacaq.

Xəbər lenti