Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün VIII tura start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Saat 13:30-da "Turan" "Azərreyl"lə qarşılaşacaq. Görüş Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək.
Saat 18:00-da isə "DH Volley" UNEC-lə üz-üzə gələcək. Bu matç Azərbaycan Voleybol Federasiyasının idman zalında reallaşacaq.