Meta, mesajlaşma təcrübəsini təkmilləşdirmək üçün “WhatsApp” tətbiqində silinmiş mesajların gözləmə müddətini qısaltmağa hazırlaşır.
Lent.az xəbər verir ki, illərdir minimum 24 saat təklif olunan bu xüsusiyyət üçün beta testində əhəmiyyətli dəyişikliklər nəzərə çarpır.
Yeni aşkarlanan ekran görüntülərinə görə, yoxa çıxan mesajlar xüsusiyyətinə iki yeni seçim əlavə olunur: 12 saat və 1 saat.
Bu yenilik sayəsində istifadəçilər artıq göndərilən mesajlarının avtomatik silinməsi üçün məcburi 24 saatlıq müddəti gözləməli olmayacaqlar.
WhatsApp