IMG-LOGO

"Nyukasl" İngiltərə Premyer Liqası tarixində ən son qələbə qolunu vurub

08 Jan 2026 06:36 6 baxış
IMG

Harvi Barnsın İngiltərə Premyer Liqasının XXI turunda "Lids"lə oyunun 102-ci dəqiqəsində (101:48) vurduğu qol, məlumatlar saxlanılmağa başlandığından (2006/2007 mövsümündə) Premyer Liqa tarixində ən son qələbə qolu olub.

"Report"un məlumatına görə, bu barədə "OptaJoe" statistika şirkəti "X" sosial şəbəkəsində bildirib.

"Nyukasl" hazırda 32 xala malikdir və İngiltərə Premyer Liqasının turnir cədvəlində altıncı, "Lids" 22 xalla 16-cı yerdədir.

"Nyukasl" İngiltərə Premyer Liqasının növbəti turunda "Vulverhempton"la qarşılaşacaq. Oyun 18 yanvarda keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xəbər lenti