IMG-LOGO

Tramp tezliklə Petronu Ağ Evdə qəbul edəcəyini açıqlayıb

08 Jan 2026 05:51 5 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp kolumbiyalı həmkarı Qustavo Petro ilə telefon danışığı apardığını və tezliklə Ağ Evdə onunla görüşmək niyyətində olduğunu açıqlayıb.

"Report"un məlumatına görə, Vaşinqtonun administrasiyasının rəhbəri bu barədə "TruthSocial" sosial şəbəkəsində yazıb.

"Narkotiklər və digər fikir ayrılıqları ilə bağlı vəziyyəti izah etmək üçün zəng edən Kolumbiya Prezidenti Qustavo Petro ilə danışmaq böyük şərəf idi. Onun zəngini və danışıq tərzini yüksək qiymətləndirdim və yaxın gələcəkdə onunla görüşməyi səbirsizliklə gözləyirəm", - Tramp yazıb.

Ağ Ev rəhbərinin sözlərinə görə, hər iki ölkənin diplomatik nümayəndəlikləri buna hazırlaşır.

Daha əvvəl Tramp Kolumbiya hökumətinə qarşı hərbi əməliyyat keçirməklə hədələmişdi.

Xəbər lenti