Vaşinqton Venesuela hökuməti ABŞ-nin milli maraqlarına xidmət edəcəyi təqdirdə Karakasa neft satmağa icazə verəcək.
"Report"un məlumatına görə, bunu ABŞ-nin Vitse-prezidenti Jey Di Vens "Fox News"a müsahibəsində bildirib.
"Biz enerji resurslarına nəzarət edirik və (Venesueladakı) rejimə deyirik ki, Amerikanın milli maraqlarına xidmət etdiyiniz müddətcə neft sata bilərsiniz. "Amerikanın milli maraqlarına xidmət edə bilmirsinizsə, onu sata bilməzsiniz", - Vens deyib.
Öz növbəsində ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında yazıb ki, Venesuela neft gəlirlərindən yalnız Amerika məhsullarını almaq üçün istifadə edəcək.
"Mənə yenicə məlumat verildi ki, Venesuela yeni neft müqaviləmizdən əldə edilən gəlirlə yalnız Amerika istehsalı olan məhsullar alacaq", - Prezident qeyd edib.
Onun sözlərinə görə söhbət Amerikanın kənd təsərrüfatı məhsulları, dərmanlar və enerji avadanlıqları daxildir. "Başqa sözlə, Venesuela ABŞ-nin əsas ticarət tərəfdaşı kimi öhdəlik götürür. Bu, müdrik bir seçimdir, Venesuela və ABŞ xalqı üçün çox yaxşı bir şeydir", - Tramp əlavə edib.