IMG-LOGO

"Barselona" "Atletik"i məğlub edərək İspaniya Superkubokunun finalına çıxıb

08 Jan 2026 01:16 8 baxış
IMG

"Barselona" İspaniya Superkubokunun yarımfinal oyununda "Atletik"ə 5:0 hesabı ilə qalib gəlib.

"Report" xəbər verir ki, turnir Səudiyyə Ərəbistanında keçirilir.

Qollar Ferran Torres (22-ci dəqiqə), Fermin Lopes (30), Runi Barji (34) və Rafinya (38, 52) vurublar. Finalda "Barselona" "Real" və "Atletiko" arasında yanvarın 8-də keçiriləcək matçın qalibi ilə oynayacaq. Final görüşü yanvarın 11-də keçiriləcək.

İspaniya Superkuboku 2019/20 mövsümündən mini turnir formatında keçirilir. Adətən milli kubokun qalibi və finalçısı ilə birlikdə ölkə çempionu və vitse-çempionu iştirak edir. Ancaq keçən mövsüm "Barselona" hər iki turniri qazanıb və "Real" hər iki yarışın gümüş mükafatçısı oldu, buna görə İspaniya Super Kubokunda son milli çempionatda üçüncü və dördüncü yerləri tutan komandalar iştirak edir.

Xəbər lenti