IMG-LOGO

KİV: Balotelli karyerasını BƏƏ-nin ikinci divizionunda davam etdirəcək

07 Jan 2026 22:41 10 baxış
IMG

İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio məlumat yayıb.

Mənbənin məlumatına görə, 35 yaşlı futbolçu adıçəkilən ölkənin "Əl-İttifaq" klubu ilə 2,5 illik müqavilə imzalayacaq.

Hazırda "Əl-İttifaq" BƏƏ-nin ikinci divizionunda çıxış edir və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Balotellinin son klubu ölkəsinin "Cenoa" klubu olub. O, 2024/2025 mövsümündə bu kollektivin heyətində altı oyunda meydana çıxsa da, fərqlənə bilməyib və 2025-ci ilin yayında komandadan ayrılıb.

Qeyd edək ki, Mario Balotelli karyerası ərzində "İnter", "Milan" (hər ikisi İtaliya), "Mançester Siti" və "Liverpul" (hər ikisi İngiltərə) kimi klublarda çıxış edib.

Xəbər lenti