IMG-LOGO

İtaliya klubunda gərginlik: Baş məşqçi və idman direktoru arasında münaqişə yaranıb

07 Jan 2026 19:10 8 baxış
IMG

İtaliyanın "Roma" klubunda daxili vəziyyət gərginləşib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi Can Pyero Qasperini ilə idman direktoru Frederik Massara arasında fikir ayrılığı yaranıb.

Münaqişə İtaliya çempionatının XIX turunda, "Roma"nın "Leççe" üzərində 2:0 hesablı qələbə qazandığı matçda yaranıb.

Məlum hadisədən sonra Qasperini oyunsonrası mətbuat konfransına qatılmayıb.

Məlumata görə, baş məşqçinin bu addımı klub rəhbərliyi ilə aralarındakı münasibətlərdəki gərginliklə bağlıdır. Problemin həlli üçün tərəflər arasında görüş keçiriləcək.

Qeyd edək ki, "Roma" A Seriyasında 36 xalla turnir cədvəlinin beşinci sırasında yer alıb.

Xəbər lenti