IMG-LOGO

"Bavariya" futbolçusu ilə yeni müqavilə bağlama yaxındır

07 Jan 2026 19:38 9 baxış
IMG

Almaniya təmsilçisi "Bavariya" müdafiəçisi Dayo Upamekano ilə yeni müqavilə imzalamağa yaxındır.

"Report" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, tərəflər yeni müqavilənin əmək haqqı, şərtləri və strukturu barədə şifahi razılığa gəliblər.

Qeyd edək ki, Upamekanonun "Bavariya" ilə hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir. Fransalı futbolçu 2021-ci ilin iyulundan Bundesliqa kollektivinin formasını geyinir. O, cari mövsüm bütün yarışlarda 20 oyunda iştirak edib və 1 qol vurub.

Xəbər lenti