IMG-LOGO

Braziliya klubu Neymarla müqaviləni uzatdı

07 Jan 2026 18:43 7 baxış
IMG
0 0

"Santos" rəsmi olaraq hücumçu Neymarla müqavilənin uzadılmasını elan edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Braziliya klubunun mətbuat xidmətinin məlumatına görə, 33 yaşlı futbolçunun yeni müqaviləsi 2026-cı ilin sonuna qədər qüvvədə olacaq.

Oyunçunun əvvəlki müqaviləsi dekabrın 31-də başa çatmışdı.

Məlum olduğu kimi, Neymar 2025-ci ilin yanvar ayında doğma Santos şəhərinə qayıdıb. Ötən mövsüm hücumçu Braziliya komandasında bütün yarışlarda 28 oyun keçirib, 11 qol vurub və dörd məhsuldar ötürmə edib.

Oyunçu hazırda dekabrın sonlarında keçirdiyi diz əməliyyatından sonra bərpa olunur. Onun dəqiq qayıdış tarixi hələlik məlum deyil.

Neymar "Santos" Braziliya klubu

Xəbər lenti