IMG-LOGO

Azərbaycan və Koreya arasında idman sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

07 Jan 2026 16:35 3 baxış
IMG

Azərbaycan və Koreya Respublikası arasında gənclər və idman sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Nazir Fərid Qayıbov Koreya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Kımqu Kanq ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin nazir Fərid Qayıbovun ötən ay baş tutmuş Koreya səfəri müzakirə edilib.

Xəbər lenti