APA TV-də yayımlanan “Söz adasında” verilişində qalmaqal yaşanıb.
Lent.az xəbər verir ki, verilişə dəvət olunan meyxanaçılar arasında aparılan müzakirə zamanı Yaşar Qafanlı ilə Ataş Novxanılı arasında gərginlik yaranıb.
Müzakirə qızışdıqdan sonra Yaşar Qafanlı efiri tərk edib. O, studiyanı tərk edərkən “Gedib tayını tapsın” ifadəsini işlədib.
Qeyd edək ki, verilişdə meyxanaçılar Mehman Əhmədli və Oqtay Kamil də iştirak edib.
Mehman Əhmədli Oqtay Kamil meyxana