Ötən il Azərbaycan Türkiyədən 176,82 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 8,2 % çoxdur.
Təkcə dekabrda Türkiyə Azərbaycana 15,92 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 6,6 % çoxdur.
Türkiyənin taxıl, paxlalılar, yağl toxumları və onun məhsullarını ixracının ümumi dəyəri ötən il 4 % artaraq 12,367 milyard ABŞ dollarına, dekabrda isə 7,2 % artaraq 1,208 milyard ABŞ dollarına enib.
Türkiyədən ən çox bu məhsulların idxalını 1 milyard 731,768 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 18,2 % az), ABŞ 886,199 milyon ABŞ dolları (+36,4 %) və Suriya 700 milyon ABŞ dolları (+35,4 %) dəyərində həyata keçirib.