IMG-LOGO

"Kəpəz" Veysəl Rzayevin transferini açıqlayıb

07 Jan 2026 15:53 3 baxış
IMG

"Kəpəz" Veysəl Rzayevin transferini açıqlayıb.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

V.Rzayev qış fasiləsində Gəncə təmsilçisinin ilk transferi olub. 23 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu mövsümün ilk yarısını "Turan-Tovuz"da keçirib. O, bu müddət ərzində Premyer Liqada meydana çıxdığı 3 oyunda 1 qol vurub. V.Rzayev ölkə kubokunda 2 matç keçirib və 1 dəfə fərqlənib.

Xəbər lenti