IMG-LOGO

Azərbaycan Səudiyyə Ərəbistanından əncir tədarük etməyə başlayıb

07 Jan 2026 14:24 4 baxış
IMG

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 546 min ABŞ dolları dəyərində 113,3 ton əncir (təzə və ya qurudulmuş) idxal edilib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 53 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 168 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 60 % az) 25 ton (-62 %), Özbəkistandan 155 min ABŞ dolları dəyərində 32,4 ton (1 il əvvəl tədarük olmayıb), Səudiyyə Ərəbistanından 131 min ABŞ dolları dəyərində 44,8 ton, İrandan 88,4 min ABŞ dolları dəyərində (+76 %) 10,4 ton (+25 %), Əfqanıstandan 3,1 min ABŞ dolları dəyərində 0,6 ton (1 il əvvəl tədarük olmayıb) əncir alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanından tədarük həyata keçirilib.

Xəbər lenti