21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iki yoxlama görüşü keçirəcək.
"Report" AFFA-ya istinadən xəbər verir ki, komanda yanvarın 11-dən 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hazırlıq çərçivəsində U-21 iki yoxlama oyununda qüvvəsini sınayacaq.
Yanvarın 16-da "Səbail", 17-də isə "Şamaxı" ilə qarşılaşmalar planlaşdırılıb.
Toplanış üçün heyətə 24 futbolçu dəvət olunub.
Nr. Adı / Soyadı Klub 1 Səlim Həşimov Şamaxı 2 Rəvan Mirzəmmədov Sabah 3 Sadiq Məmmədzadə Difai 4 Emin Rüstəmov Səbail 5 Elgün Dünyamaliyev Cəbrayıl 6 Raul Məmmədov Kəpəz 7 Tuncay Yusifli İmişli 8 Səttar Tahirzadə Marcet (İspaniya) 9 Bilal İsmayılov Şamaxı 10 Rüfət Tahirov Difai 11 Hacıəli Şirəliyev Difai 12 Okan Təhmazlı Zaqatala 13 Elcan Əbilov Kəpəz 14 Cəfər Muxtarov Sabah 15 Elyas Bağci Hertha BSC (Almaniya) 16 Raul Süleymanov Hertha BSC (Almaniya) 17 Emil Süleymanov Şamaxı 18 Qurban Səfərov Mingəçevir 19 Xəyyam Məmmədli Baku Sporting 20 Həsən Nərəzli Ankaragücü (Türkiyə) 21 Elmar Məmmədov MOİK 22 Nihat Mehrəliyev Şamaxı 23 Şaxmar Aşurov Kəpəz 24 Davud Mənsumov Şamaxı