IMG-LOGO

Göygöldə bələdiyyə torpaqlarının mülkiyyətə verilməsinə dair hərrac təxirə salınıb

07 Jan 2026 15:01 5 baxış
IMG

Yanvarın 28-də Göygöl rayonunun Qızılca-Üçtəpə bələdiyyəsinin mülkiyyətində olan 120 kv.m və 248 kv.m-lik torpaq sahələrinin mülkiyyətə verilməsi məqsədilə keçiriləcək hərrac təxirə salınıb.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir.

Məlumata görə, bu addım bələdiyyənin Gəncə ərazi Torpaq müsabiqə və hərrac komissiyasına ünvanladığı məktuba əsasən atılıb.

Xəbər lenti