IMG-LOGO

"Çelsi" portuqaliyalı futbolçunun transferi üçün 75 milyon avro ödəməyə hazırdır

07 Jan 2026 13:33 4 baxış
IMG

İngiltərənin "Çelsi" klubu Portuqaliya millisinin futbolçusu Rafael Leaunun transferi üçün 75 milyon avro ödəməyə hazırdır.

"Report" "Fussballdaten" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar" hazırda İtaliyanın "Milan" komandasında çıxış edən 26 yaşlı vingeri qışda heyətinə cəlb etmək istəyir.

Oyunçu transfer dönəmində London təmsilçisinin əsas hədəfi hesab edilir.

Qeyd edək ki, Rafael Leau cari mövsüm bütün turnirlərdə 13 oyunda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Milan"la müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.

Xəbər lenti