2025-ci il ərzində Azərbaycan ərazisində havanın maksimal temperaturu iyul və avqust aylarında müşahidə olunub.
Bunu "Report"un sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, iyulun 30-31-i və avqustun 2-i Naxçıvanda və Yevlaxda, avqustun 4-ü isə Ağstafada 41 dərəcə isti qeydə alınıb.
"Minimal temperatur isə yanvar və fevral aylarında müşahidə olunub. Yanvarın 24-də Şahdağda -23, fevralın 25-də isə Kəlbəcərdə -18 dərəcə şaxta olub".