“Xırdalanda ağaclar kəsilib, yeri isə sürətlə betonlanıb. Aldığımız məlumata görə ağaclar yaşayış binasının qarşısında tikinti və abadlaşdırma işləri aparılan zaman tikintiyə məsul şəxs tərəfindən kəsilib. Bu da sakinlərin narazılığına səbəb olub.”
Lent.az xəbər verir ki, APA TV bu barədə geniş reportaj hazırlayıb. Bu açıq-aşkar qanunsuzluq Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 541 ünvanında yaşanıb. Sakinlərin sözlərinə görə, sağlam ağaclar ərazini genişləndirmək məqsədilə kəsilib.
Reportaşın tamamına videomaterialda baxa bilərsiniz:
videoxəbərlər APA TV