IMG-LOGO

Sumqayıtda irigövdəli ağac qaz xəttinin üzərinə aşıb, 650 abonent qazsız qalıb

07 Jan 2026 11:28 5 baxış
IMG

Sumqayıt şəhərində ağacın qaz xəttinin üzərinə aşması səbəbindən 650 abonentin qaz təchizatında fasilə yaranıb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhərin 4-cü mikrorayon ərazisində irigövdəli ağac diametri 108 mm olan qaz xəttinin üzərinə aşaraq onu zədələyib.

Yaranmış təhlükənin aradan qaldırılması məqsədilə aparılan təmir-bərpa işləri ilə əlaqədar ərazidəki 650 abonentin qaz təchizatı dayandırılıb.

İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Xəbər lenti