IMG-LOGO

İndoneziyada daşqınlar nəticəsində 16 nəfər ölüb, fövqəladə vəziyyət elan edilib

07 Jan 2026 11:54 4 baxış
IMG

İndoneziyanın Şimali Sulavesi bölgəsində güclü daşqınlar nəticəsində azı 16 nəfər ölüb, 18 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə İndoneziya KİV-i məlumat yayıb.

Yerli administrasiya yanvarın 18-nə qədər davam edəcək 14 günlük fövqəladə vəziyyət elan edib.

Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyin (BNPB) nümayəndəsi Abdul Muhari bildirib ki, daşqınlar Siau adasında çayların daşmasına səbəb olan intensiv yağışlar ilə əlaqədardır.

Onun sözlərinə görə, daşqın nəticəsində 7 ev su altında qalıb, 29 evə ciddi ziyan dəyib. Ümumilikdə 112 nəfər yaralanıb. Yollar bağlanıb, həmçinin bəzi binalar və infrastruktur zərər görüb.

Xəbər lenti