UniDestin Təhsil Mərkəzi 8, 9, 10 yanvar tarixlərində saat 11:00, 12:00 və 14:00 ingilis dili biliklərinin qiymətləndirilməsi məqsədilə ödənişsiz səviyyə imtahanı təşkil edir.
İmtahan CEFR standartlarına uyğun olaraq hazırlanıb və iştirakçıların dil bacarıqlarının dəqiq ölçülməsini təmin edəcək.
İmtahanda iştirak edən şəxslər cəmi 60 dəqiqə ərzində ingilis dili səviyyələrini (A1-C1) müəyyən edə biləcəklər. İmtahan nəticələri elə yerində, imtahan bitdikdən dərhal sonra təqdim ediləcək.
İmtahan nəticəsinə əsasən B1 və daha yüksək (B1+) nəticə göstərən iştirakçılar sertifikat əldə edə bilərlər.
Bu sertifikat təhsil, iş müraciətləri və CV-lər üçün əlavə üstünlük deməkdir.
Xüsusi SPEAKING İmkanı - yalnız 10 yanvar
İştirakçılar üçün əlavə fürsət olaraq 10 yanvar tarixində Speaking bacarıqlarının yoxlanılması imkanı təqdim ediləcək.
Saat 11:00 və 14:00-da keçiriləcək Speaking yoxlanışı təcrübəli müəllim tərəfindən üz-üzə, əyani şəkildə aparılacaq.
Yerlər məhdud olduğundan bu imkandan yararlanmaq istəyənlər öncədən əlaqə saxlayaraq qeydiyyatdan keçməli və imtahan vaxtını seçməlidirlər.
İmtahanların üstünlükləri:
• CEFR standartlarına uyğun qiymətləndirmə
• 60 dəqiqəlik test və dərhal nəticə
• B1+ nəticə üçün rəsmi sertifikat
• Təcrübəli müəllimlə əyani Speaking yoxlanışı (yalnız 10 yanvar)
• Şəxsi dil inkişaf planının hazırlanması
UniDestin Təhsil Mərkəzinin bu təşəbbüsü ilə ingilis dili səviyyənizi obyektiv ölçmək imkanı qazanacaqsınız.
Əlaqə:
+994 (55) 848 03 09
+994 (50) 836 44 99
[email protected]
www.unidestin.com
Ünvan: AF Business House, 4-cü mərtəbə, Nizami küç. 203
UniDestin Təhsil Mərkəzi