Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərlənib.
"Report" xəbər verir ki, hadisə rayonun Əniğ kəndində qeydə alınıb.
Kənd sakini 1962-ci il təvəllüdlü Riman Soltanmurad oğlu Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasım qızı Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü E. Əlisultanov yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərlənib.
R.Əlisultanov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətləri orta-ağırdır.
Araşdırmalar aparılır.