IMG-LOGO

“Sehirli Annem”in Perihanını tanımayacaqsınız -FOTOLENT

07 Jan 2026 10:21 2 baxış
IMG
0 0

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan türkiyəli ustad aktrisa Gül Onatın səhhətinin son durumu sevənləri tərəfindən maraqla izlənir.

Lent.az xəbər verir ki, müalicəsi davam edən məşhur sənətçi son halını sosial media hesabında paylaşıb.

Ustad aktrisa Gül Onat yayımlandığı dövrdə reytinq rekordları qıran “Sehirli Annem” serialında canlandırdığı Perihan obrazı ilə tamaşaçıların yaddaşında xüsusi yer tutmuşdu. Ustad sənətçinin iki ildir mədəaltı vəzi xərçəngi ilə mübarizə apardığı məlum olub.

73 yaşlı ustad aktrisa çox ağır əməliyyatlar keçirdiyini bildirərək, yaxın günlərdə xəstəxana palatasından paylaşım etdi.

“CƏHƏNNƏMİ YAŞADIM”

Çətin müalicə prosesi keçirdiyini deyən Onat bunları söyləyib:

“Çox ağır bir müalicə mərhələsi yaşadım, dostlarım. Xəstəliyim 2023-cü ildə başladı. Ən təhlükəli və öldürücü mədəaltı vəzi xərçəngi. Niyə mən? demədim, qəbul etdim. Çox ağır əməliyyatlar keçirdim. Cəhənnəmi yaşadım, kimyaterapiya, radioterapiya… Bir il rahat keçdi, sonra bağırsaqlara yenidən yayıldı. Yenə çox ağır əməliyyatlar oldu, bu günlərə gəldim, şükür.”

“Bu müddətdə heç vaxt neqativ düşünə bilmədim. Bu ölümcül xəstəliyi məni özümə belə təəccübləndirən bir yetkinliklə qarşıladım, amma hər zaman zarafat etdim. Hazırda altı aydır bağırsaqlarım bir torbaya boşalır. Bu, çox çətin bir vəziyyətdir, öz bağırsağını görən nadir insanlardan biriyəm.”

“ZARAFAT ETDİM ”

“Bağırsağa PEMBİŞ, mədəaltı vəzə PANKİ adını qoyub onlarla əylənirəm, zarafat edirəm. Hətta həkimim Panki ilə danışarkən görürəm. Mən ölkəmizin yumor gücünə heyran idim. Demək ki, mənə də keçib” – deyə aktrisa söyləyir.

 

Gül Onat Sihirli Annem Perihan xala pankreas xərçəngi səhhət durumu ustad aktrisa sosial media paylaşımı televiziya serialı məşhurlar xəbəri

Xəbər lenti